GEO AZ AR
ახალი ამბები პროექტის შესახებ კითხვა/პასუხი კონტაქტი  
კანონმდებლობა
ვაკანსიები/კონკურსები
 

კალენდარი
ორ სამ ოთხ ხუთ პარ შაბ კვ
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

 yeni xəbərlər

Müəllim olmaq istəyənlər üçün müsabiqə elan edildi

Gürcüstan Elm və Təhsil Nazirliyinin Müəllimlərin Peşəkar İnkişafı Milli Mərkəzi müəllim olmaq istəyənlər üçün “Müəllim dərəcəsini qazanmaq” proqramı çərçivəsində müsabiqə elan etdi. Müsabiqənin şərtləri və qeydiyyat müddətləri barədə nazirin birinci müavini Koka Seperteladze və Mərkəzin direktoru Qiya Mamulaşvili xüsusi brifinq keçirdilər.
Müəllim olmaq istəyənlər üçün müsabiqədə ali təhsilli və pedaqoji işi həyata keçirmək istəyən hər bir şəxs iştirak edə bilər. Birinci mərhələ, yəni müsabiqəçilərin qeydiyyatı oktyabrın 17-də başlayacaq və oktyabrın 28-də saat 17:00-da bitəcəkdir.
Müəllim olmaq istəyən namizədlərin qeydiyyatı Tbilisi, Qori, Telavi, Axalsixe, Kutaisi, Ozurqeti, Zuqdidi, Poti, Batumi və Rustavi resurs-mərkəzlərində aparılacaqdır.
Müsabiqənin ikinci mərhələsində könüllülər müsahibədən keçəcəklər. Müsahibə məktəblərdə keçiriləcəkdir. Müəllim olmaq istəyənlər ictimai və özəl məktəblərdə birillik təcrübə keçəcəklər. Bundan sonra onlara sertifikat imtahanına keçmək hüququ veriləcəkdir.
Müəllim olmaq istəyənlər üçün müsabiqə artıq ikinci dəfədir ki, elan olunur. Bu il proqram Tbilisi, Qori, Telavi, Axalsixe, Kutaisi, Ozurqeti, Zuqdidi, Poti, Batumi və Rustavi ictimai və özəl məktəblərdə həyata keçiriləcəkdir. Seçilmiş namizədlər mentor-müəllimlərlə birlikdə işləyəcək və pedaqoji iş xüsusiyyəti ilə tanış olacaqlar. Mentor-müəllimlərin əmək haqqılarına əlavə ödəniş 180 larini təşkil edir.

საავტორო უფლებები დაცულია, 2009 სამოქალაქო ინტეგრაციისა და ეროვნებათშორისი ურთიერთობების ცენტრი ვებ-გვერდი შექმნილია ეუთოს ეროვნულ უმცირესობათა უმაღლესი კომისრის ოფისის ფინანსური მხარდაჭერით დამზადებულია “ნოვატეკის” მიერ/ვებგვერდის დიზაინი გივი თვალავაძე Copyright 2009, Centre for Civil Integration and Inter-Ethnic Relations (CCIIR) All rights reserved Web-site is created with financial support of OSCE High Commissioner on National Minorities Created by “Novatech”/Designed by Givi Tvalavadze