GEO AZ AR
ახალი ამბები პროექტის შესახებ კითხვა/პასუხი კონტაქტი  
კანონმდებლობა
ვაკანსიები/კონკურსები
 

კალენდარი
ორ სამ ოთხ ხუთ პარ შაბ კვ
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

 yeni xəbərlər

İkidilli təhsil jurnalının altıncı nömrəsi işıq üzü gördü

“Vətəndaş İnteqrasiyası və Millətlərarası Münasibətlər Mərkəzi” tərəfindən hər kvartalda “İkidilli Təhsil” elmi-təhsil jurnalı dərc olunur. Jurnal ATƏT-in Milli Azlıqların Ali Komissarı Ofisinin tərəfdaşlığı ilə “Gürcüstanda çoxdilli təhsil islahatının dəstəklənməsi” layihəsinin çərçivəsində nəşr olunur. Hal-hazırda, “İkidilli təhsil”in altıncı nömrəsi işıq üzü gördü, onda gürcü müəllifləri ilə yanaşı xarici müəlliflərin məqalələri də dərc edilmişdir. Məqalələrdə Gürcüstanda ikidilli təhsilə qarşı valideynlərin və müəllimlərin yanaşması; gürcü gəncləri arasında abxazlara qarşı intermədəni həssaslıq; qeyri-gürcüdilli pilot məktəblərində çoxdilli təhsil prosesində mövcud problemlər; işlə təmin olma nöqteyi-nəzərindən ikidillilik və xarici dilin rolu; dilin bilərəkdən əvəzolunması ilə əlaqədar ikidilli sinifdə praktiki misallar və s. kimi məsələlərə toxunulur.
Layihə hüdudlarında jurnal Azərbaycan və erməni dillərinə tərcümə olunur və qeyri-gürcüdilli məktəblərə paylanılır.
Jurnal ikidilli təhsil haqqında informasiya mübadiləsinə, elmi və akademik tədqiqatların inkişafına imkan yaradır. Jurnalda məqalələr 5 əsas istiqamətdə təqdim edilirlər: (1) ikidilli təhsilin nəzəriyyəsi, tədqiqatı, siyasəti və təcrübəsi; (2) Gürcüstanda 40 pilot məktəbində həyata keçirilən ikidilli təhsil proqramları və onların nəticələri haqqında informasiya; (3) dil və fənnin inteqrativ tədrisinin metodoloji aspektləri; (4) ikidilli məktəblərin və proqramların idarə olunması; 5) ikidilli təhsillə əlaqədar tez-tez səslənən suallara cavablar.


- “İkidilli təhsil” #6 (2011)

საავტორო უფლებები დაცულია, 2009 სამოქალაქო ინტეგრაციისა და ეროვნებათშორისი ურთიერთობების ცენტრი ვებ-გვერდი შექმნილია ეუთოს ეროვნულ უმცირესობათა უმაღლესი კომისრის ოფისის ფინანსური მხარდაჭერით დამზადებულია “ნოვატეკის” მიერ/ვებგვერდის დიზაინი გივი თვალავაძე Copyright 2009, Centre for Civil Integration and Inter-Ethnic Relations (CCIIR) All rights reserved Web-site is created with financial support of OSCE High Commissioner on National Minorities Created by “Novatech”/Designed by Givi Tvalavadze