GEO AZ AR
ახალი ამბები პროექტის შესახებ კითხვა/პასუხი კონტაქტი  
კანონმდებლობა
ვაკანსიები/კონკურსები
 

კალენდარი
ორ სამ ოთხ ხუთ პარ შაბ კვ
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      

 yeni xəbərlər

Gürcüstanın Qeyri-Gürcüdilli Məktəblərinin XII Siniflərinə Ana Dili və Ədəbiyyatının Tədrisi ilə Əlaqədar Tövsiyyələr

Gürcüstanın qeyri-gürcüdilli məktəbləri (Azərbaycan, erməni, rus) ana dili və ədəbiyyatı tədris etdikdə müvafiq ölkələrin (Ermənistan, Azərbaycan, Rusiya) təhsil standartları (Milli Tədris Planı) və dərsliklərlə rəhbərlik edirlər. Yuxarıda adları çəkilən ölkələrin orta təhsilı onbirillikdir, buna uyğun olaraq, Gürcüstanın qeyri-gürcüdilli məktəblərinin XII sinifləri ana dili və ədəbiyyatı standartı və dərsliyi xaricində qalıblar. Biz onlara məsləhətlər təklif edirik, hansılar qeyri-gürcüdilli məktəblərin XII sinfinin ana dili və ədəbiyyatı müəllimlərinə dərs prosesini aparmaqda yardım edəcəkdir. Sənəd iki hissədən ibarətdir:

1. Fənn tədrisinin məqsədi və konkret vərdiş-bacarıqlarının işlənməsi ilə əlaqədar ümumi xarakterli təlimatlar;
2. Tədris materialının xarakteri və tədris mövzusu ilə əlaqədar məzmun təlimatları;

Gələcəkdə qeyri-gürcüdilli məktəblərin XII sinfi üçün ana dili və ədəbiyyatının tədrisi üçün həm fənn üzrə tədris standartı, eləcə də dərsliklər hazırlanacaqdır. O zamana qədər tədris prosesinin keçilməsi üçün bu təlimatlardan istifadə etmək mümkün olar.

I. Tədris məqsədləri və vərdiş bacarıqları ilə əlaqədar ümumi təlimatlar.
Tədrisin son pilləsində ana dilinin tədrisi zamanı aşağı pillədə əldə edilən vərdiş-bacarıqların təkmilləşdirilməsi və onların kompleksiv şəxsi fəallıqda, interaktiv istiqamətdə, kommunikasiya təşəbbüsündə, müstəqil tənqidi təhlil və yeniliklərin təqdimatı istəyində üzə çıxarılması xüsusilə vacibdir.
Ədəbiyyatın yalnız şəxsiyyətin deyil, eləcə də bütövlükdə millətin özünüifadəetmə vasitəsi olduğu üçün, yaxşı olardı ki, bu mərhələdə şagirdlərə elə bir mətnlər təklif edək, hansılar ki, doğma mədəniyyət və dəyərlər sisteminin təşkilində xüsusi rol oynamış olsunlar.

Bundan əlavə, tədrisin son pilləsində ədəbiyyatın tədrisi zamanı, eləcə də dünya mədəni prosesi ilə yanaşma cəhətindən öyrənilən mətnlərin müzakirəsinə böyük diqqət yetirilməlidir. XII sinif şagirdi müxtəlif dövrlərin daha mürəkkəb və rəngarəng ədəbi materiallarını onlarda əks olunan informasiya, mövzular, ideyalar və problem nöqteyi-nəzərindən öyrənməli, təhlil etməli və müqayisə etməlidir. Bu işləri o, müxtəlif dövrlərin, ölkənin və mədəniyyətlərin mətnlərinin əsasında həyata keçirir. Şagird müxtəlif ölkələrin və mədəniyyətlərin mətnlərində oxşar və ya eyni problemi, mətndə cərəyan edən münaqişə və problemlərin həlli yollarında mədəni, sosial və tarixi dəyərlərin təsirini araşdırmalı və təhlil etməlidir.
XII sinfin sonunda şagirdin ali təhsil müəssisəsində uğurlu təhsil almaq imkanını verən vərdiş-bacarıqlar formalaşdırılmalıdır, yəni tədrisin bu mərhələsində diqqət araşdırma bacarıq-vərdişlərinin təşkilinə yönəlmiş olur. Buna uyğun olaraq, janr və mövzu ilə rəngarəng olan ədəbi materiallarla birlikdə, tədrisin bu mərhələsində ədəbi tənqidin, elmi və tədqiqi xarakteri əks edən materialların daxil edilməsi mümkündür və məqsədəuyğundur.

Əsas məqsədlər:

1. Şagird ədəbi və qeyri-ədəbi mətnləri təhlil etməyi, onları qiymətləndirməyi bacarmalı və eləcə də, müəyyən etməlidir ki, yazıçı/müəllif məqsədi hansı ədəbi təsviredici vasitələrlə təsvir edir;
2. Şagirdin bədii mətndə mədəni və tarixi kontekstin təsirini oxuyub seçmək bacarığı əldə edilməlidir;
3. Şagird doğma ədəbi proses və ədəbi mətnləri öyrəndiyi əsasla onları yanaşmalar, anlayışlar və terminlər vasitəsilə müzakirə etməyi bacarmalıdır, hansılarla ki, hal-hazırda dünya ədəbi prosesinin təhlili davam edir.


II. Tədris materialı və tədris konteksti ilə əlaqədar məzmun təlimatları
Yuxarıda sadalanan tədris məqsədlərini, əldə ediləsi nəticələri, vərdiş-bacarıqları nəzərə almaqla müəllimə tədris marerialını seçməkdə və ümumiyyətlə, tədris məzmunu ilə əlaqədar problemləri həll etməkdə yardım edəcək təlimatları təklif edirik. Buradaca əlavə etmək istərdik ki, məzmunla əlaqədar təlimatlar icbari deyillər, onlar tövsiyyə-istiqamət xarakterini daşıyırlar. Müəllimin tədris materialını özü seçməyə tam səlahiyyəti var.

XI sinifdə şagirdlər tədris proqramı ilə nəzərdə tutulan müəllifləri, konkret linqvistik və yə ədəbi məsələləri öyrənib sona çatdırdıqları üçün, tədrisin bu mərhələsində ayrı-ayrı müəllifləri, ədəbi cərəyan və ya hər hansı bir ədəbi problemi, məsələni/müəllifi dərindən öyrənmətməyə yönələn kursu hazırlamaq daha məqsədəuyğun olardı. Ota təhsilin son sinfində bu cür yanaşmanın tətbiq edilməsi dünyanın bir neçə təhsil təcrübəsində uğurla sınaqdan keçmişdir.
Biz, nümunə üçün qeyri-gürcüdilli məktəblərə XII sinifdə ana dili və ədəbiyyatının necə tədris etməyi təkif edirik. Azərbaycan, erməni və rus məktəblərində şagirdlər artıq doğma ədəbiyyatdan “panorama kursunu” (yəni, doğma ədəbiyyatdan bütün mühüm müəlliflərin yaradıcılıqlarını keçiblər) keçiblər, beləliklə, XII sinifdə müəllim, dərindən öyrətmək üçün uyğun ölkənin ədəbiyyatı üçün vacib olan istənilən bir yazıçını seçə bilər. Müəllim çalışır ki, konkret müəllifi dünya ədəbiyyatı kontekstində daha geniş, ətraflı öyrətsin. Əgər müəllim öyrənilən müəllifin yaradıcılığını şagirdlərin yaşadıqları həyatın tarixi və mədəni konteksti ilə bağlayarsa, o zaman bu cür kompleks təhsil xüsusilə daha aydın və ədəbiyyatın ümumbəşər dəyərlərini daha yaxşı göstərmiş bir tədris ola bilər.
Müəllim nisbətən uzunmüddətli tədris üçün doğma ədəbiyyat üçün xüsusi əhəmiyyət kəsb edən ədəbi cərəyanı yaxud da hər hansı bir ədəbi prosesi seçə bilər və onu dünya ədəbiyyatı ilə, eləcə də şagirdlər üçün yaxşı məlum olan tarixi-mədəni kontekstlə, Gürcüstan və gürcü ədəbiyyatı ilə münasibətdə dərindən öyrədə bilər. Məsələn, erməni tarixi yazıçılığını dünya tarixi janrlı yazıçılıqla, eləcə də gürcü paralelləri ilə, rus simvolizmini ümumi simvolizm kontekstində; mədəniyyətlərartası dialoq ədəbiyyatında azərbaycandilli mədəni mühitin çox məşhur romanı “Əli və Nino”-nun kontekstində və s. öyrədə bilər.
Təkrar edirik ki, tədris materialının seçimi ilə, ümumiyyətlə, məzmunla əlaqədar göstərişlər məcburi deyil və bunlar tövsiyyə-istiqamət xarakterini daşıyırlar.
İstənilən halda, müəllim tərəfindən seçilən məzmun yuxarıda sadalanan vərdiş-bacarıqların əldə edilməsinə yönəlməlidir, hansılar şagirdə ədəbi və qeyri-ədəbi mətnin dərk edilməsi və təhlili, onun icmal edilməsi, araşdırması imkanını verəcəkdir, bu isə, ali məktəblərdə uğurlu təhsilin zəmanəti olacaqdır.

საავტორო უფლებები დაცულია, 2009 სამოქალაქო ინტეგრაციისა და ეროვნებათშორისი ურთიერთობების ცენტრი ვებ-გვერდი შექმნილია ეუთოს ეროვნულ უმცირესობათა უმაღლესი კომისრის ოფისის ფინანსური მხარდაჭერით დამზადებულია “ნოვატეკის” მიერ/ვებგვერდის დიზაინი გივი თვალავაძე Copyright 2009, Centre for Civil Integration and Inter-Ethnic Relations (CCIIR) All rights reserved Web-site is created with financial support of OSCE High Commissioner on National Minorities Created by “Novatech”/Designed by Givi Tvalavadze